İki futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı

İki futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı
DÜNYA FUTBOLU 24 Mart 2021 / 01:29 3914
-  A +

Türkiyə millisində DÇ-2022-nin seçmə mərhələsinin oyunları öncəsi zədə problemi yaşanıb.

Qol.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İrfan Can Kahveci və Nazım Sangare zədə səbəbindən heyətdən çıxarılıb. Onlar millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Türkiyə millisi bu gün Niderland, martın 27-i Norveç və martın 30-u Latviya ilə qarşılaşacaq.


Son xəbərlər