"Yuventus" Ronaldonun qiymətini endirdi

"Yuventus" Ronaldonun qiymətini endirdi
DÜNYA FUTBOLU 23 Mart 2021 / 18:45 4938
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu yay komandadan ayrıla bilər.

Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, Turin klubu 36 yaşlı hücumçunu 25 milyon avroya satmağa hazırdır. Bundan əvvəlki xəbərlərdə bu rəqəm 60 milyon avro göstərilirdi.

Portuqaliyalı oyunçu ilə iş birliyi "Yuventus"a illik 87 milyon avroya başa gəlir. Xəbərdə qeyd olunub ki, klub Ronaldonu satmaqla pandemiyanın yaratdığı maddi problemləri yoluna qoya bilər.

"Yuventus"un Ronaldonun klubunu dəyişdirmək istəsə və konkret təklif alsa, dialoqa açıq olacağı və futbolçunu problemsiz buraxacağı bildirilib. Ronaldoya təklif gəlməyəcəyi halda isə "Yuventus"un onunla yollarını məmnuniyyətlə davam etdirəcəyi vurğulanıb.

Xatırladaq ki, "Yuventus"la 2022-ci ilin yayına qədər müqaviləsi olan Ronaldonun adı sabiq klubları "Mançester Yunayted", "Real", o cümlədən PSJ ilə hallanır. 

Son xəbərlər