Bekhemdən Messi və Ronaldo açıqlaması

Bekhemdən Messi və Ronaldo açıqlaması
DÜNYA FUTBOLU 23 Mart 2021 / 13:17 6770
-  A +

"İnter Mayami"nin sahibi Devid Bekhem Lionel Messi və Kriştiano Ronaldo kimi ulduz futbolçuları transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərdən danışıb.

Qol.az xəbər verir ki, o, "ESPN"ə açıqlamasında deyib: "İnter Mayami"nin yaratdığımız gündən bəri transfer edə biləcəyimiz oyunçular arasında Ronaldo, Messi, Neymardan bəhs olunub. Bu cür söhbətlər həmişə olacaq.

Düzü, ABŞ-a köçən oyunçular üçün çətin bir qərar olduğunu düşünmürəm. Bura əla bir yerdir. Bura inanılmaz bir şəhərdir. Möhtəşəm azarkeşlərimiz var. Avropadan böyük ulduzları cəlb edən bir şəhərdəyik".


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner