Haalanddan gələcəyi ilə bağlı açıqlama

Haalanddan gələcəyi ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 23 Mart 2021 / 00:50 3487
-  A +

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib.

Qol.az xəbər verir ki, Norveç millisinin üzvü "goal.com"a açıqlamasında klubu ilə müqaviləsinin davam etdiyini xatırladıb: "Borussiya" ilə hələ müqaviləm var və 3 ildən sonra bitəcək. Gələcəyimlə bağlı şayiələrə fikir vermirəm".

20 yaşlı hücumçunun Avropa nəhəngləri - "Real", "Barselona", "Mançester Siti", "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsində olması haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Haaland 2020-ci ilin yanvarında "Zalsburq"dan Dortmund klubuna keçib. O, bu müddətdə 49 oyuna 49 qol vurub.

Son xəbərlər