Nesta istefaya göndərildi

Nesta istefaya göndərildi
DÜNYA FUTBOLU 22 Mart 2021 / 23:00 3467
-  A +

İtaliyanın "Frozinone" klubu baş məşqçisi Alessandro Nestanı istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla birlikdə köməkçiləri də  klubdan ayrılıb.

Qeyd edək ki, "Frozinone" B seriyasında son 18 matçın cəmi 2-də qələbə qazanıb. Komanda turnir cədvəlində 12-ci pilləyə düşüb.

Xatırladaq ki, "Milan" və İtaliya millisinin keçmiş müdafiəçisi Nesta 2019-cu ilin iyunundan "Frozinone"ni çalışdırırdı.


Son xəbərlər