Hakan Çalhanoğludan "Qalatasaray" açıqlaması

Hakan Çalhanoğludan "Qalatasaray" açıqlaması
DÜNYA FUTBOLU 22 Mart 2021 / 18:23 3805
-  A +

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, türk yarımmüdafiəçi bununla bağlı "A Spor"a açıqlamasında deyib: "Gələcəkdə "Qalatasaray"da oynayıb-oynamayacağımı bilmirəm, amma inşallah bu, baş verər. Aslanı çox bəyəndiyim üçün onun döyməsini etdirmişəm. "Qalatasaray" azarkeşi olduğuma görə
 bu addımı atdım".

Qeyd edək ki, H.Çalhanoğlunun "Milan"la müqaviləsi bu yay başa çatır.


Son xəbərlər