Suaresdən 500-cü qol

Suaresdən 500-cü qol
DÜNYA FUTBOLU 22 Mart 2021 / 03:29 2070
-  A +

"Atletiko"nun futbolçusu Luis Suares üçün La Liqanın 28-ci turunun "Alaves"lə oyunu (1:0)  əlamətdar olub.

Qol.az "ESPN"ə istinadən xəbər verir ki, bu görüşdə fərqlənən uruqvaylı hücumçu karyerası ərzində vurduğu qolların sayını 500-ə çatdırıb. 34 yaşlı oyunçu "Barselona"da 198, "Ayaks"da 111, "Liverpul"da 82, Uruqvay millisində 63, "Atletiko"da 19, "Qroninqen"də 15, "Nasional"da 12 qol vurub.

Qeyd edək ki, Suares ötən yay "Barselona"dan Madrid təmsilçisinə transfer olub.


Son xəbərlər