Fransadan türk futbolçulara icazə

Fransadan türk futbolçulara icazə
DÜNYA FUTBOLU 19 Mart 2021 / 16:40 3064
-  A +

Fransada çıxış edən türk futbolçuların milli komandaya qoşulmaq üçün ölkələrinə getməsinə icazə verilib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçular klublarıyla danışıb və milliyə qoşulmaq üçün icazə alıblar.

Türkiyə Futbol Federasiyası “Lill”də çıxış edən Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik və Liqa 2 təmsilçisi “Le Havre”də oynayan Umut Meraş üçün təyyarə göndərəcək. Bu futbolçular milli komandanın qarşıdan gələn 3 oyunundan sonra yenidən xüsusi təyyarə ilə Fransaya qayıdacaqlar.

Xatırladaq ki, Fransa Peşəkar Futbol Liqası koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-də çıxış edən Avropa Birliyinin üzvü olmayan ölkələrin futbolçularına öz ölkələrinə getməsinə məhdudiyyətlər qoyub.

Türkiyə millis DÇ-2022-nin seçmə mərhələsinin Niderland (24 mart), Norveç (27 mart) və Latviya (30 mart) ilə qarşılaşacaq.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu