Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.
Qol.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyyənləşdirəcək.
İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb.
Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib.
Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb.
Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya) 5:0
1/4 final: İslam Bazarqanov - Razvan Kovaçs (Rumıniya) 10:0
1/2 final: İslam Bazarqanov - Georgi Vangelov (Bolqarıstan)
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya) 13:2
1/4 final: Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə) 5:2
1/2 final: Hacı Əliyev - Maksim Sakultan (Moldova)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa) 13:6 (tuşe)
1/4 final: Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan) 5:4
1/2 final: Hacımurad Hacıyev - Maksim Vasiloqlo (Rumıniya)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) 10:5
1/4 final: Abubakr Abakarov - Osman Göçen (Türkiyə) 4:4*
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya) 3:1
1/2 final: Camaləddin Məhəmmədov - Gennadi Kudinoviç (Almaniya)
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video