"Bavariya" ilə bərabər şərtlərdə oynamaq mümkün deyil"

"Bavariya" ilə bərabər şərtlərdə oynamaq mümkün deyil"
DÜNYA FUTBOLU 18 Mart 2021 / 11:35 1014
-  A +

“Bəzi komandalarla bərabər şərtlərdə oynamaq sadəcə mümkün deyil. "Bavariya" da bu komandalardan biridir. Turnirdəki çıxışımızdan qürur duyuram. Qrup mərhələsində heç vaxt məğlub olmamışıq".

Qol.az xəbər verir ki, bu sözləri "Latsio"nun baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.

O bildirib ki, ilk matçda 1:4 hesablı məğlubiyyətə görə ikinci görüşdə risk etməli olublar: "Futbolçular təslim olmamağa çalışdılar. Yaxşı oyun nümayiş etdirməliydik. Turniri müsbət qeydlərlə tərk edirik".


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner