La Liqa prezidenti Xavyer Tebas istefaya göndərilə bilər.
Qol.az "AS"a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası bununla bağlı Ali İdman Şurasına məktub göndərib. Qurum maraqların toqquşması və ədalətli rəqabət prinsipinin pozulması səbəbindən Tebasın istefaya göndərilməsini tələb edib.
Sənəddə La Liqa prezidenti ilə iki İspaniya klubu arasındakı münasibət təsvir olunur. Xüsusilə, Fuenlabradanın Tebas hüquq firmasından məsləhət xidmətləri aldığı və Xavyerrin oğlunun dolayı yolla "Qranada" ilə əlaqəli olduğu göstərilir.
Qeyd edək ki, ötən il "Fuenlabrada" ilə əlaqəsi olduğu üçün Tebasın vəzifəsindən kənarlaşdırılması üçün cəhdlər edilmiş, lakin bu alınmamışdı.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"