"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın futbolçusu İlkay Gündoğan haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında Münhenqladbax "Borussiya"sına 2:0 hesabı ilə qalib gəldikləri matçda qol vuran türkəsilli alman yarımmüdafiəçini tərifləyib: "O, inanılmaz dərəcədə yaxşı bir insandır. İlkayla birlikdə keçirdiyimiz zamanı heç vaxt unutmayacağam. O, gördüyüm ən ağıllı oyunçulardan biridir.
Bu mövsüm qapıya hər yaxınlaşanda qol vurub. Belə keyfiyyətə sahibdir, ancaq onun bacardığı bu qədər deyil. İlkayın və bütün komandanın çıxışından çox məmnunam".
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"