"Real" futbolçusu Eden Hazardın ayağının əməliyyat olunmamasına qərar verib.
Qol.az xəbər verir ki, bu barədə ispan jurnalist Joze Luis Sançes özünün "Tvitter" hesabında yazıb. O bildirib ki, Madrid təmsilçisinin rəhbərliyi əvvəllər belçikalı oyunçunun səhhətini izləyən iki həkimlə məsləhətləşib. Bundan sonra "kral klubu" onun əməliyyat olmadan müalicə olunması qərarına gəlib.
Qeyd edək ki, Hazard əməliyyat olunacağı təqdirdə, mövsümün geridə qalan hissəsini buraxacaqdı. Onun Belçika millisi ilə Avro-2020-də iştirakı isə sualı altına düşəcəkdi.
Xatırladaq ki, tez-tez aldığı zədələrə görə Hazard bu mövsüm La Liqada cəmi 9 oyunda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"