Sergey Karasevin rəhbərlik etdiyi rusiyalı hakimlər briqadası Çempionlar Liqasının 1/8 finalının ötən gecə keçirilən oyununda “Black Lives Matter" ("Qaraların həyatı əhəmiyyətlidir") həmrəylik aksiyasına qoşulmayıblar.
Qol.az xəbər verir ki, hakimlər “Mançester Siti" - "Borussiya" (Münhenqladbax) matçında futbolçulardan fərqli olaraq diz çökməyiblər.
Bu aksiya əsasən İngiltərə klubları arasında keçirilən görüşlərdə qorunub saxlanılıb. Məsələn, ÇL-in qrup mərhələsinin “Çelsi” ilə matçında “Krasnodar” futbolçuları diz çökməyib.
Qeyd edək ki, UEFA oyundan əvvəl futbolçu və hakimlərin diz çökməsinə icazə verir. Ancaq bu, məcburi deyil.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"