"Bavariya"nın hücumçusu Robert Levandovskini DÇ-2022-nin seçmə mərhələsinin oyunları (Macarıstan, Andorra və İngiltərə) üçün Polşa millisinə qoşulmasına icazə verməmək variantını nəzərdən keçirir.
Qol.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Mövcud qaydalar 32 yaşlı hücumçunun İngiltərədən qayıtdıqdan sonra iki həftə boyunca karantində qalmasını tələb edir. Bu vəziyyətdə, o, Bundesliqada "Union" və "Leyptsiq"lə görüşləri buraxacaq.
Karantin müddəti 5 günü keçərsə, klubun bir oyunçunu komandadan buraxmamaq hüququ var. "Bavariya" indi beynəlxalq matçlar üçün fasilədən əvvəl karantin vəziyyətinin dəyişib-dəyişməyəcəyini izləyir.
Bənzər bir problem David Alaba (Avstriya) və Alfonso Devisin (Kanada) millidəki iştirakına da təsir edə bilər.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?