"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"u qəbul edəcəyi matçın məkanı açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycanda hərbi vəziyyət olması səbəbindən oyun Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.
Bundan əvvəl "Qarabağ" "Sivasspor"la qarşılaşmanın Bakıda təşkil edilməsi üçün UEFA-ya müraciət ünvanlamışdı.
Xatırladaq ki, Ağdam təmsilçisinin 2-ci turda “Vilyarreal”ı qəbul etdiyi oyun da (1:3) sözügedən stadionda baş tutmuşdu.
Qeyd edək ki, 26 noyabrda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü