Lüksemburq - Azərbaycan: Hakimlər

Lüksemburq - Azərbaycan: Hakimlər
XƏBƏR 14 Noyabr 2020 / 13:47 2852
-  A +

UEFA Millətlər Liqasının 6-cı turunda keçiriləcək Lüksemburq - Azərbaycan matçına hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri qismində Torsten Şiffner və Marko Axmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.

Hakim-inspektor Maykl Rayli (İngiltərə), UEFA nümayəndəsi isə Tammo Beyşuizen (Hollandiya) olacaq.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə23:45-də başlayacaq.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner