“Sabahkı oyun bizim üçün çox önəmlidir. Əvvəlki oyundan öncə də demişdim ki, xalqımız üçün tarixi andır. Çox istəyirəm ki, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edim. Meydanda bütün bacarığımızı göstərməyə çalışacağıq. Baxmayaraq ki, kifayət qədər məşq etmək imkanımız olmayıb".
Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Monteneqro ilə oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, komandada Təmkin Xəlilzadənin səhhəti ilə bağlı narahatlıq olduğunu bildirib: "Ondan əlavə, Anton Krivotsyuk cəzalı olduğu üçün komandaya kömək edə bilməyəcək. Sabahkı oyunda heyətdə beş dəyişiklik olacaq.
Sevindirici haldır ki, milli komandanın iki güclü qapıçısı var. Onlardan əlavə Mehdi Cənnətov və Aydın Bayramovu da qeyd etmək lazımdır. Hamısı bir-biri ilə çox mehribandır və aralarında sağlam rəqabət var.
Burada olduğum müddətdə 27 dəfə məşq keçirmişik. Məni narahat edən məsələ yaratdığımız imkanlardan istifadə edə bilməməyimizdir. Gec-tez bunu da bacaracağıq. Əsas məsələ topu hücum xəttinə, cərimə meydançasına çatdırmaqdır. Bundan əlavə, imkan düşdükcə uzaqdan zərbələr endirməliyik. Bu işlər birdən-birə olmur. Zamanla bu problemi də aradan qaldıracağıq".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü