“Barselona”nın qış transfer pəncərəsi üçün planları məlum olub.
Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu Junior Firpo, Martin Braytvayt və Karis Alenanı satmaq istəyir.
La Liqa təmsilçisi “Lion”dan Memfis Depayı və “Mançester Siti”dən Erik Qarsiyanı transfer etmək niyyətindədir.
Həmçinin baş məşqçi Ronald Kuman futbolçusu Usman Dembeleni komandadan göndərməkdən imtina edib. O, digər hücumçu Ansu Fati zədəli olduğu üçün Dembeleni saxlamaq qərarına gəlib. Lakin 23 yaşlı oyunçunun müqaviləsinin 2022-ci ildə başa çatması vəziyyəti çətinləşdirir. Əgər Dembele yeni sözləşmə imzalamazsa, “Barselona” onu satmaq məcburiyyətində olacaq.
Bundan əlavə, klub yarımmüdafiəçisi Rikki Puç ilə də yolları ayırmaq istəmir. Rəhbərlik oyunçunu icarəyə verərək, büdcəyə qənaət etməyin tərəfdarıdır.
Qeyd edək ki, “Barselona” hazırda La Liqanın turnir cədvəlində 11 xalla 8-cidir, Çempionlar Liqasının G qrupunda isə 9 xalla liderdir.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü