Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo üçün Andorra ilə keçirilən yoldaşlıq matçı (7:0) əlamətdar olub.
Qol.az ESPN-ə istinadən xəbər verir ki, bu görüşlə 35 yaşlı hücumçu yığmanın heyətində 100-cu qələbəsini qazanıb.
Ronaldo bu nailiyyətini öz İnstaqram hesabında belə şərh edib: “Milli komadanın heyətində daha bir tarixi uğura nail olduğum üçün şadam”.
Bundan əlavə, oyunçu Avropada yığma ilə 100 qələbə səddinə çatan 4-cü futbolçu olub. İlk “3-lük”də İspaniya millisinin oyunçularından Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) yer alıb.
Qeyd edək ki, Ronaldonun Portuqaliya yığması ilə çıxdığı 168 oyunun 100-ü qələbə 42-si məğlubiyyət, 26-sı isə heç-heçə ilə başa çatıb. Futbolçu millidə ümumilikdə 102 qol vurub və 40 qolun ötürməsini verib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video