"Liverpul" şokda - daha 1 ciddi itki

"Liverpul" şokda - daha 1 ciddi itki
XƏBƏR 11 Noyabr 2020 / 19:52 2304
-  A +

İngiltərə millisinin və “Liverpul”un futbolçusu Joe Qomes zədələnib.

Qol.az “Goal.com”a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi yığmanın düşərgəsində xəsarət alıb. Onun zədə səbəbindən uzun müddət yaşıl meydanlara çıxmayacağı ehtimal olunur.

Bundan əvvəl "Liverpul"un digər müdafiəçisi Vircil van Deyk və yarımmüdafiəçisi Fabinyo sıradan çıxmışdı.

Qeyd edək ki, Qomes bu mövsüm “qırmızılar”ın heyətində 7 oyun keçirib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner