Gürcüstan yığmasının 2 üzvündə koronavirus aşkarlandı

Gürcüstan yığmasının 2 üzvündə koronavirus aşkarlandı
XƏBƏR 11 Noyabr 2020 / 16:46 690
-  A +

Gürcüstan milli komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Gürcüstan millisində Xviça Kvaratsxeliya və Levan Şengeliyada koronavirus aşkarlanıb. Hər iki futbolçu karantinə alınıb.   

Qeyd edək ki, Gürcüstan yığması sabah AÇ-2020-nin pley-off mərhələsi çərçivəsində Şimali Makedoniya ilə qarşılaşacaq. Tbilisidə, “Dinamo Arena”da keçiriləcək görüş saat 21:00-da start gətürəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner