Müqavilə ilə “Atletiko”ya məxsus olan və icarə əsasında “Yuventus”da çıxış edən Alvaro Morata Madrid klubundan danışıb.
Qol.az “Football Espana”ya istinadən mətbuatına istinadən xəbər verir ki, o, “Atletiko”nun bu mövsüm La Liqada çempion olacağına ümid etdiyini deyib:
“İlk dəfə futbol oynamağa başladığınız komandanı həmişə xatırlayırsınız. Mən hər zaman “Atletiko”da olacağam. Bu kluba minnətdaram. Dieqo Simeone ilə çox yaxşı münasibətimiz var və ona hər şeyin ən yaxşısını arzulayıram. Yenidən görüşüb-görüşməyəcəyimizi, “Atletiko” forması geyinib-geyinməyəcəyimi bilmirəm.
Ümid edirəm ki, bu mövsüm La Liqada çempion ola biləcəklər. Buna görə də hər oyunda mübarizə aparmalıdırlar. Komanda yaxşı oynayır. Məncə, “Atletiko” “Real” və “Barselona”dan üstündür”.
Qeyd edək ki, Morata “Atletiko”nun yetirməsidir. O, karyerası ərzində “Real”ın əsas və əvəzedici komandasında, “Çelsi”də də çıxış edib.
Əlavə edək ki, “Atletiko” La Liqanın turnir cədvəlində 17 xalla 3-cü yerdədir.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video