“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü səfər qoluna imza atıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, qolun müəllifi Filip Ozobiç olub. O, Premyer Liqanın IX turunun “Neftçi” ilə görüşündə hesabı açaraq yubiley topunun müəllifi olub. 6:0 hesabı ilə qalib gələn ağdamlılar bu rəqəmi 505-ə də çatdırıb.
Xorvatiyalı yarımmüdafiəçinin ilk qolu onun Premyer Liqada 30-cu topu olub. “Qarabağ”a qədər “Qəbələ”də də oynamış Ozobiç het-trik edərək bu rəqəmi 32-yə yüksəldib.
Bu qarşılaşma üç rekordla da əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib. Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyükhesablı səfər qələbəsinin təkrarı olub. Qurban Qurbanovun yetirmələri 2018/19 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi