Millimizin rəqibinin heyətində yeni futbolçu

Millimizin rəqibinin heyətində yeni futbolçu
XƏBƏR 9 Noyabr 2020 / 09:46 908
-  A +

Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün Sloveniya millisinə daha bir futbolçu çağırılıb.

Qol.az "rtvslo.si" saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Matyaj Kek  müqavilə ilə "Riyeka"ya (Xorvatiya) məxsus olan, hazırda "Nürnberq"də (Almaniya) icarə əsasında oynayan  Adam Qnezda Çerini milliyə dəvət edib. 21 yaşlı oyunçu ilk dəfə yığmaya çağırılıb.

Qeyd edək ki, noyabrın 11-i keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner