"Sivasspor" "Qalatasaray"a uduzdu

"Sivasspor" "Qalatasaray"a uduzdu
XƏBƏR 8 Noyabr 2020 / 22:35 3937
-  A +

Türkiyə Superliqasında 8-ci turun oyunları keçirilir.
 
Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor” da növbəti matçına çıxıb.
 
Rıza Çalımbayın komandası doğma meydanda “Qalatasaray”la qarşılaşıb. Sivaslılar bu görüşdən məğlubiyyətlə ayrılıblar – 1:2. Meydan sahiblərinin yeganə qolunu matçın 76-cı dəqiqəsində Caner Osmanpaşa vurub. Qonaqların heyətində isə Belhanda (19) və Arda Turan (48) fərqlənib.
 
Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" eyni xalla 2-ci, "Qalatasaray" 16 xalla 3-cüdür. "Sivasspor" isə 8 xalla 15-cidir.

 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner