Lukaku sağaldı

Lukaku sağaldı
XƏBƏR 8 Noyabr 2020 / 15:15 730
-  A +

“İnter”in futbolçusu Romelu Lukaku zədəsini tam sağaldıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə Milan klubunun baş məşqçisi Antonio Konte bildirib. O, Çempionlar Liqasının 2-ci turunda “Şaxtyor”la matçda (0:0) xəsarət alan 27 yaşlı hücumçunun artıq komanda ilə məşqlərdə iştirak etdiyini deyib:

“Lukaku komandanın son məşqlərində iştirak edib. O, “Atalanta” ilə matçda meydanda ola bilər”.

Əlavə edək ki, bu gün keçiriləcək “Atalanta” – “İnter” görüşü Bakı vaxtı ilə 18:00-da start götürəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner