"Maraqlı oyun alındı. Çoxlu qol epizodları izlədik. Qələbə qazanmağımız əhval-ruhiyyəmizi yaxşılaşdırdı. Əsgərlərimizi qazandığı uğurlar, qələbələr sevincimizi ikiqat edir. İnanıram ki, yaxın zamanda böyük qələbəni eşidəcəyik və bütün torpaqlarımız işğaldan azad ediləcək".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 9-cu turunda evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, ilk 15-20 dəqiqəni yaxşı oynaya bilməyiblər: "Sumqayıt" ilk dövrənin lideridir, bunu öz oyunları ilə göstəriblər. Bizə 20 dəqiqə ərzində çətinliklər yaşadıblar. Daha sonra rəqib qapısında təhlükəli epizodlar yarada bildik və hissənin sonlarında istəyimizə çatdıq. Hesabda öndə olsaq da, rahat ola bilməzdik.
İkinci yarıda oyunçular daha çox güc sərf etdilər və verilən tapşırıqları qoruyub saxlaya bildilər. Möhtəşəm qələbə qazandıq. İstəyirik ki, yuxarı pillələrdən kənarda qalmayaq. Bu nə qədər alınacaq, bilmirəm. Amma bu gün oyunçuların işlərinə yanaşması bizi razı salır. Hər birini təbrik edirəm, rəqibə də uğurlar arzulayıram".
Hacıyev mövsümöncəsi bütün komandalara nisbətən toplanışa gec başladıqlarını xatırladıb: "Komandada komplekləşmə gec oldu. Gecikmələr olanda rəqiblər bizdən daha hazırlıqlı idi. İstədiyimiz futbolçuların hamısını əldə edə bilmədik. Vaxt keçdikcə oyunumuzu daha da yaxşılaşdırırıq. Təcrübəli və gənc oyunçulardan faydalanırıq".
Baş məşqçi qapıçı mövqeyində daha yaxşı formada olana şans verdiklərini sözlərinə əlavə edib: "Gələcəkdə Kamran Ağayevin formasında çox şey asılı ola bilər. Uzun müddət məşqsiz və oyunsuz qalıb. Ona inanırıq, çox səylə çalışır. Futbolda hər zaman formada olan şans qazanır.
Qapıçı mövqeyi bir qədər fərqlidir. Qapıçıların hamısını düşünmək lazımdır. Kamran ən yaxşı formasında olsa belə, çalışacağıq ki, Nikolas Hagenə və ona oyunlarda yer verək.
Hacıyev texniki işçilərin koronavirus testinin müsbət olduğunu söyləyib: "Klubun həkiminin testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurban da koronavirusa yoluxub. Bu infeksiya məşhur oyunçulara da təsir edib".
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı