“Atletiko”nun futbolçusu Luis Suares komandası haqda təəsüratlarını bölüşüb və əvvəlki klubu “Barselona” barədə danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Madrid təmsilçisini sevdiyini və Kataloniya klubuna qol vuracağı halda bunu qeyd etməyəcəyini deyib:
“Burada özümü çox yaxşı hiss edirəm. Əvvəlcə, bu keçidin köçmək, ailəmə uyğun məktəb, ev tapmaq kimi çətinliklər vəd edən tərəfləri görünürdü. Ancaq klub mənə çox kömək oldu. Həyatımı çox asanlaşdırdı. “Atletiko” haqda hər şeyi sevirəm.
“Barselona”ya qol vursam, qeyd edəcəyəm? Xeyr. Keçmiş komanda yoldaşlarıma və kluba hörmət etdiyimə görə bu, olmaz. Bir çox dostuma qarşı oynamaq mütləq xüsusi olacaq. Ancaq çıxış etdiyim bütün komandaların rənglərini qorduğum üçün “Atlketiko”nun da rənglərini ölənədək qoruyacağam”.
Qeyd edək ki, “Atletiko” sentyabr ayında uruqvaylı oyunçu ilə 2 illik müqavilə imzalayıb.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi