"Qarabağ"ın rəqiblərinin oyununa yağış əngəli - Şəkillər

"Qarabağ"ın rəqiblərinin oyununa yağış əngəli - Şəkillər
XƏBƏR 6 Noyabr 2020 / 01:47 3445
-  A +

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Vilyarreal” (İspaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) oyunu nəzərdə tutulan vaxtda başlamayıb.
 
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. Vilyarreal şəhərində güclü yağışa görə matçın başlama saatı dəyişdirilib. 00:00 başlaması nəzərdə tutulan oyun Bakı vaxtı ilə 01:10-da başlayıb.

Qeyd edək ki, bu komandalar “Qarabağ”la eyni qrupda mübarizə aparır.

 
 
 

Səhifənin yuxarısına keçidYuxarı

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner