"Qələbə qazandığımıza görə xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi. Oyun ərzində üstünlüyə sahib idik. İlk hissədə çox qol epizodlarından istifadə edə bilmədik. Qrupdakı bütün matçlarda qol vurduq. Bugünkü qarşılaşma asan görünürdü, amma çox motivasiya olduq".
Qol.az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"ı 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib: "Bu gün yaxşı mübarizə apardıq. Bəzi vaxtlar mükəmməl oynadıq. Qazandığımız inamlı qələbə bizə mənəvi kömək olacaq. Komandama inanıram. Bizə qələbə lazım idi. Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır. İsraildə "Makkabi" (Təl-Əviv) komandasını məğlub edə bilərik. "Vilyarreal"la görüşdə nə olacağı bəlli deyil".
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir