Bartomeunun istefası Messinin qərarına təsir edəcək?

Bartomeunun istefası Messinin qərarına təsir edəcək?
XƏBƏR 5 Noyabr 2020 / 23:00 2175
-  A +

“Barselona”nın kapitanı Lionel Messi klub prezidenti Xosep Bartomeunun istefasına baxmayaraq, komandanı tərk etməyi düşünür.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu növbəti yay müqaviləsi bitəndən sonra klubdan ayrılmağı istisna etmir. O, Kataloniya klubunun hazırkı heyətlə böyük uğurlar qazanacağına əmin deyil. “Mançester Siti” isə bu vəziyyətdən istifadə edərək, 33 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır.

Bildirilir ki, Messi kluba yeni prezident seçilməsini gözləyir və bundan sonra qərarını verəcək.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edir. O, bu müddət ərzində 34 kubok qazanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner