Məşhur futbolçu koronavirusa yoluxdu

Məşhur futbolçu koronavirusa yoluxdu
XƏBƏR 5 Noyabr 2020 / 22:28 1634
-  A +

Danimarka millisinin sabiq futbolçusu və hazırda “Malmö”nü çalışdıran Yon Dal Tomasson koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 44 yaşlı mütəxəssisdən götürülən test nümunələrinin cavablarının müsbət olduğu bildirilib. 

Tomasson dərhal karantinə alınıb.

Qeyd edək ki, Tomasson karyerası ərzində "Milan", "Ştutqart" "Vilyarreal" kimi komandalarda da çıxış edib. O, bu ilin əvvəllərindən “Malmö”də işləyir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner