"Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Biz iki dövlət, bir millətik".
Qol.az "İhlas" agentliyinə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çelikel UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Sivasspor"la oyunu öncəsi Türkiyə Böyük Birlik Partiyasının rəsmiləri ilə görüşü zamanı deyib.
O, Sivasda olduqca isti və mehriban qarşılandıqlarını söyləyib: "Bu duyğuları bizə yaşatdığınız üçün sizlərə təşəkkür edirəm. Əminəm ki, gözəl oyun olacaq".
Qeyd edək ki, tədbirin sonunda "Qarabağ" klubuna bayraq və "Qurani-Kərim" kitabı hədiyyə olunub.
Xatırladaq ki, bu gün keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir