"Bu, həndbol və ya basketbol deyil" - Luçesku VAR-a qarşı çıxdı

"Bu, həndbol və ya basketbol deyil" - Luçesku VAR-a qarşı çıxdı
XƏBƏR 5 Noyabr 2020 / 15:19 1989
-  A +

"Dinamo"nun (Kiyev) baş məşqçisi Mirça Luçesku VAR sisteminin (videotəkrar) futbolda istifadəsinə qarşı çıxıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxssis Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Barselona"ya 1:2 hesablı məğlubiyyətdən sonra bununla bağlı deyib:

"Mən bu texnologiyanın mütləq rəqibiyəm. Futbol azarkeşlər, televiziya üçün canlı bir şoudur. Bu, həndbol və ya basketbol deyil, VAR burada kömək etmir. Məlum oldu ki, hər şey otaqda bir yerdə monitorun qarşısında dayanan dördüncü və ya beşinci hakimdən asılıdır və həmin şəxslər qərar verir. Bunları anlamaq mənim üçün çətindir. Bu texnologiyanın əleyhinəyəm".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner