"Qalatasaray"ın məşqçiləri "Sivasspor" - "Qarabağ" oyununu izləyəcəklər

"Qalatasaray"ın məşqçiləri "Sivasspor" - "Qarabağ" oyununu izləyəcəklər
XƏBƏR 5 Noyabr 2020 / 11:09 2158
-  A +

Türkiyə Superliqasının 8-ci turunda "Sivasspor"un qonağı olacaq "Qalatasaray" rəqibini yaxından analiz etməyə başlayıb.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim Sivas təmsilçisinin Avroliqadakı oyununu da diqqətdə saxlayır. Bildirilib ki, "Sivasspor"u daha yaxşı analiz etmək üçün İstanbul klubunun məşqçiləri "Sivasspor"un Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi bugünkü matçını stadiondan izləyəcəklər.

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü  Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Meydan sahibləri noyabrın 8-i isə "Qalatasaray"ı qəbul edəcəklər.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner