Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Qarabağ"ı qəbul edəcək "Sivasspor" Azərbaycana dəstək nümayiş etdirib.
Qol.az xəbər verir ki, görüşün keçiriləcəyi Sivasın “Yeni 4 Eylül” stadionunda Türkiyə ilə yanaşı , Azərbaycan bayrağı asılıb.
"Qarabağ"ın həmin görüntünün şəklini "Feysbuk" hesabında paylaşıb və bu addıma görə "Sivasspor"a təşəkkür edib.
Qeyd edək ki, "Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb. Sivas valiliyi və Sivas Milli Təhsil Müdürlüyü tərəfindən baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub. Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi