“Barselona” ciddi maddi problemlə üzləşib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik futbolçuların maaşlarını azaltmayacağı təqdirdə, Kataloniya klubu müflis ola bilər.
Buna görə də oyunçuların ümumilikdə 171 milyon funt-sterlinq məbləğində məvaciblərdə endirim etməsi lazımdır. Komandanın heyətində həftədə 500 min funt-sterlinq qazanan Lionel Messi və 294 min funt-sterlinq alan Antuan Qrizmann kimi futbolçular başda olmaqla bütün oyunçuların maaşlarında güzəştə getmələri gözlənilir.
“Barselona” koronavirus pandemiyasından əvvəl qazandığı 940 milyon funt-sterlinqin 60 faizini futbolçulara ödəyib. Pandemiyadan sonra gəlirlərin məbləği 746 milyon funt-sterlinqə düşüb. Oyunçuların maaşları isə bu qazancın 80 faizini əhatə edir.
Qeyd edək ki, “Barselona”nın futbolçularından yalnız Mark-Andre ter Ştegen, Frenki de Yonq, Kleman Lanqle və Jerar Pike məvaciblərinin azadılması ilə razılaşmışdılar.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi