"Tottenhem" onu yeni müqavilə ilə mükafatlandıracaq

"Tottenhem" onu yeni müqavilə ilə mükafatlandıracaq
XƏBƏR 4 Noyabr 2020 / 18:10 1841
-  A +

"Tottenhem" futbolçusu Hın Min Sonu yeni müqavilə ilə mükafatlandıracaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klubun sahibi Joe Lüvin koreyalı hücumçuya həftədə 200 min funt sterlinq qazanacağı müqavilə təklif etməyə hazırlaşır. Klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Sonu klub daha uzun müddət London təmsilçisində saxlamaq istəyir. Bildirilib ki, tərəflər arasında danışıqların ilin sonuna kimi tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Son  yeni müqavilə imzalayacağı təqdirdə, maaşı klubun ən çox qazanan futbolçusu Harri Keynlə eyni olacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner