"Mançester Siti"dən Messiyə yeni təklif

"Mançester Siti"dən Messiyə yeni təklif
XƏBƏR 3 Noyabr 2020 / 14:14 3512
-  A +

“Mançester Siti” “Barselona”nın kapitanı Lionel Messiyə müqavilə təklif etməyə hazırlaşır.
 
Qol.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə təmsilçisi 2021-ci ilin yanvarında argentinalı hücumçuya təklif göndərəcək. Həmin vaxt 35 yaşlı oyunçunun Kataloniya klubu il müqaviləsinin bitməsinə 6 ay qalacağı üçün o, digər klublarla danışıqlara başlaya biləcək.
 
“Mançester Siti” isə "Barselona"da sabiq prezident Xosep Bartomeunun və direktorlar şurasının istefasından sonra klubda olan qeyri-müəyyənlikdən istifadə edərək, Messini bu transferə inandırmaq istəyir.
 
Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edir. 

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner