Giqqz sevgilisini döyməkdə sübhəli bilinir

Giqqz sevgilisini döyməkdə sübhəli bilinir
XƏBƏR 3 Noyabr 2020 / 11:37 1283
-  A +

Uels millisinin baş məşqçisi və “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqzi polis  saxlayıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis sevgilisi Keyt Qrevilli döyməkdə şübhəli bilinir.

Sözügedən xanımın yüngül xəsarət aldığı və xəstəxanaya yerləşdirilməkdən imtina etdiyi bildirilib. Giqqz isə polis bölməsində bir neçə saat keçirib. O, istintaq başlayanadək  sərbəst buraxılıb.

Qeyd edək ki, R.Giqqz 2018-ci ildən Uels millisini çalışdırır. O,  futbolçu karyerası ərzində 1990-2014-cü illərdə “Mançester Yunayted”də çıxış edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner