"Qarabağ"ın rəqibi yenə qələbə qazana bilmədi

"Qarabağ"ın rəqibi yenə qələbə qazana bilmədi
XƏBƏR 3 Noyabr 2020 / 01:18 1833
-  A +

İsrail çempionatında 4-cü turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) səfərdə Hayfa “Makkabi”si ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç bərabərliklə başa çatıb – 2:2.
 
Bu, Təl-Əviv təmsilçisinin ardıcıl 3-cü heç-heçəsidir. İlk turda isə uduzan komanda çempionatda qələbəyə həsrətdir. “Makkabi” bu nəticədən sonra 3 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner