“Çelsi”dən böyükhesablı qələbə - Video

“Çelsi”dən böyükhesablı qələbə - Video
XƏBƏR 1 Noyabr 2020 / 00:30 2426
-  A +

“Çelsi” İngiltərə  Premyer Liqasında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, “zadəganlar” 7-ci turda “Bernli”nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

Komandanın ilk qolunu 26-cı dəqiqədə Hakim Ziyex vurub. Kurt Zuma 63-cü dəqiqədə fərqi bir qədər də artırıb. Timo Verner isə 70-ci dəqiqədə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib- 3:0.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlinə 16 xalla “Liverpul” başçılıq edir. “Everton” 13 xalla 2-ci, eyni xalı olan “Vulverhempton” isə 3-cüdür. “Çelsi” 12 xalla 4-cü yerə qərarlaşıb.






Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner