“VAR-a görə çox vaxt gedir” - Çeferin

“VAR-a görə çox vaxt gedir” - Çeferin
XƏBƏR 31 Oktyabr 2020 / 12:52 2188
-  A +

UEFA-nın prezidenti Aleksandr Çeferin VAR sistemindən mənasız yerə də istifadə olunmasından narazılıq edib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, sloveniyalı rəhbər bunları deyib:

“Mənim ideyam belədir ki, VAR başadüşülən, aydın olan vəziyyətlərdə istifadə edilməlidir. Bəzi liqalarda oyun həddən artıq çox dayandırılır, VAR-a görə çox vaxt gedir. Bu, futbol üçün pisdir. Bir sıra qaydaların izahı ilə bağlı şübhələrim var. Bunlar əllə oyun, oyundankənar vəziyyətlərdəki 1-2 sm qaydalarıdır. Həmçinin bəzən penalti vaxtı qapı xəttini bir neçə santimetr keçən qapıçıları cəzalandırılmasını nəzərdə tuturam”.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner