Qvardioladan "Barselona" açıqlaması

Qvardioladan "Barselona" açıqlaması
XƏBƏR 31 Oktyabr 2020 / 00:29 3505
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sabiq klubu “Barselona”ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis “şəhərlilər”də qalmaq niyyətində olduğunu deyib:

“Mançester Siti”də özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Ümid edirəm ki, burada daha uzun müddət qalmaq üçün bu mövsüm daha yaxşı işlər görə biləcəyəm”.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb. O, 2016-cı ildən “Mançester Sti”də işləyir.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner