“Messi öz mövqeyini açıq şəkildə səsləndirsə də, hər şeyin mediada təqdim edilənlərlə nə qədər yaxın olduğunu deyə bilmərəm. Biz bu məsələdə iştirak etməmişik. Hər şey Messi ilə “Barselona” arasında oldu”.
Qol.az xəbər verir ki, bu sözləri “Mançester Siti”nin əməliyyat direktoru Omar Berrada deyib. O, “Barselona”nın kapitanı Lionel Messinin klubdan ayrılacağı təqdirdə futbolçunun “şəhərlilər”ə transfer olunma ehtimalından danışıb:
“Messinin “Mançester Siti”yə keçməyi real bir ehtimal olsaydı, bu barədə düşünə bilərdik. Aydındır ki, Messi, dünyanın ən yaxşı oyuçusudur. Ona görə də istənilən klub Messini tərkibində görmək istəyər. Ancaq bu, alınmadı.
Messinin “Mançester Siti”yə keçmək istəyi ilə əlaqədar bütün şayiələri görmək maraqlı idi. Bu, klubun irəlilədiyini, komandanın uğurlar qazandığını, Qvardiola və digərlərinin yaxşı işlədiyini göstərir. Gəlin, görək, necə olur. Messi “Barselona”nı tərk edərsə və onun transferi müzakirə edilərsə, bu variantı araşdıra bilərik”.
Qeyd edək ki, argentinalı hücumçunun "Barselona"dan ayrılacağı və "Mançester Siti"yə keçəcəyi haqda xəbərlərlə yayılmışdı. Lakin Messi müqaviləsindəki 700 min avro təzminat ödənilməsi ilə bağlı bəndə görə, sözləşməyə xitam verməyəcəyini və Kataloniya klubunda qalacağını açıqlamışdı.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi