21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya uduzduqları matç (1:2) barədə fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, birinci hissədə oyunlarının istədikləri kimi alınmadığını deyib:
"Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi. Hücum xəttində fəal olmağa çalışırdıq. Bir neçə təhlükəli vəziyyət yarada bildik. İkinci hissədə isə yaxşı pressinq etdik. Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdir. Qol buraxdıqdan sonra oyuna köklənə bildik. Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi. Sonuncu dəqiqədə qol buraxaraq məğlub olmaq, təbii ki, çox məyusedicidir. Ümumilikdə, oyundan tam olaraq və nəticədən razı deyiləm”.
Qeyd edək ki, səfərdə Slovakiyaya 1:2 hesabı ilə uduzan yığma AVRO-2021-in final mərhələsinə vəsiqə şansını itirib.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi