"Çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi vəziyyətdir. Buna baxmayaraq, maksimum dərəcədə konsentrasiyalı olmağa çalışırıq. Sabahkı oyun bizim üçün vacibdir. Qrup birincisi olmaq istəyiriksə, yaxşı nəticə qazanmalıyıq".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Monteneqro ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
63 yaşlı italiyalı mütəxəssis start heyəti bugünkü məşqdən sonra müəyyənləşdirəcəyini bildirib. Onun fikrincə, Monteneqro böyük keyfiyyətlərə malik komandadır: "Çoxlu oyunçuları xaricdə çıxış edir, təcrübəli və gənclərdən ibarət heyətə malikdirlər. İki oyunda balansı qorumağa çalışacağıq. Kim etibarlı çıxış etsə, növbəti oyunda da yer alacaq. Rəqibi yaxşı analiz etmişik. Kim az səhvə yol versə, o da qalib gələcək".
De Byazi futbolçuların cəbhədə baş verənlərlə bağlı narahat olduğunu sözlərinə əlavə edib: "Fikrimcə, buna ən yaxşı cavab gözəl oyun göstərib, Azərbaycan bayrağını qaldırmaq olar".
Baş məşqçi həmçinin bildirib ki, zədəli Əli Qurbaninin durumuna bu gün və sabahkı məşqdən sonra aydınlıq gələcək.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı