"Yaxşı komandaya qarşı oynayacağıq. Matça ciddi yanaşırıq. 6 xalla qrup lideri olsaq da, bu, bizim üçün elə də böyük üstünlük deyil".
Qol.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Bosniyalı mütəxəssis bildirib ki, sabahkı qarşılaşmada mümkün məğlubiyyət vəziyyəti çətinləşdirə bilər: "Belədə 3 yığmanın 6 xalı ola bilər. Sabah biz qalib gəlib, Lüksemburqun uduzmasını gözləməliyik. Hələlik nəticələrdən razıyam. Lakin riyazi baxımdan birinci yeri təmin etməmişik. Futbolçulardan maksimum konsentrasiya xahiş edirəm. Azərbaycan yığması azlıqda Lüksemburqa qol vurub və səfərdə Kipri udub, hörmətəlayiq komandadır. Qələbə üçün hər şeyi edəcəyik. Bu matça elə yanaşıram ki, sanki dünya çempionu ilə qarşılaşacağıq".
63 yaşlı baş məşqçi Aleksandr Şekiçin zədəli, Stefan Saviçin isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacağını söyləyib.
Azərbaycan millisinin Avro-2004-ün seçmə mərhələsində Podqoritsada Monteneqro ilə 2:2 hesablı heç-heçəsini xatırlayan Hacibegiç keçmişə yox, gələcəyə baxmalı olduqlarını vurğulayıb: "Bizim üçün müsbət dinamika yaratmaq önəmlidir. Həmin görüşün nəticəsindən xəbərimiz var. Həmçinin bilirik ki, Azərbaycanın hələ də digər komandaları narahat etmək imkanı var. Bu, bizə də aiddir. Məqsəd rəqibə ciddi yanaşmaqdır".
Komandada ab-havanın yüksək olduğunu deyən mütəxəssis oyunçuların istəkli olduğunu bildirib: "Amma hamı ehtiyatlı olmalıdır. Çünki hər şey mümkündür. Hələ B liqasına vəsiqəni rəsmiləşdirməmişik".
Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı