"Sabah" "Səbail"lə qarşılaşacaq

"Sabah" "Səbail"lə qarşılaşacaq
XƏBƏR 8 Oktyabr 2020 / 15:09 1105
-  A +

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən  "Səbail" və "Sabah" öz aralarında yoxlama oyunu keçirəcək.

Qol.az "Səbail"in "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki,  oktyabrın 11-i "Bank Respublika Arena"da keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" ölkə çempionatında 6 xalla 5-ci, "Səbail" 3 xalla 8-cidir.Bu komandalar arasında Premyer Liqanın 4-cü turunda keçirilən matçda "Səbail" 2:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner